İstədiklərimizi aldıq.
Bu sözləri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya ilə bağlı əldə edilən atəşkəs razılaşmasını şərh edərkən deyib.
O, YPG-dən ağır artilleriyanın toplanacağını bildirib:
“Bu, atəşkəs razılaşması deyil. 120 saat ərzində "Sülh çeşməsi" əməliyyatına fasilə verəcəyik. Terrorçu ünsürlərin çıxmasından sonra əməliyyatı dayandırmağımızdan söhbət gedə bilər".