Xəbər lenti



Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.

 

Bizimaz.az: Bu sözləri Prezident İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitinin açılışındakı çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ qədimdən Azərbaycan ərazisi olub. Bütün qədim xəritələrdə və Çar Rusiyasının xəritələrində Dağlıq Qarabağdakı bütün toponimlər Azərbaycan mənşəli olub”, - deyə İ.Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, XIX əsrdə ermənilərin Qarabağa köçürülməsinə başlanılıb ki, bu da XX əsrin əvvəllərində bu regionun milli tərkibinin dəyişməsinə səbəb olub.

İ.Əliyev əlavə edib ki, bolşeviklərin dövründə Dağlıq Qarabağ məsələsi ilə bağlı sənədlərdə qeyd olunmuşdu ki, “Qarabağ Azərbaycanın tərkibində qalmalıdır və Azərbaycana verilməməlidir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov