Xəbər lenti

 

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir. 

Ardını oxu...

Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan yaşayış məntəqələrimizdən biri də Zəngilan rayonunun Tiri kəndidir. Elmi ədəbiyyatda geniş məlumat olmayan bu kəndin tarixi, sorağı bir neçə min il əvvələ gedib çıxır. “Tiri” toponimi özündə hansı sirləri yaşadır?

Ardını oxu...

Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi - RƏSMİ
 

“Azərbaycan tərəfi Ermənistana 30 erməni əsgər və zabitin meyitini və iki yaşlını təhvil verib”.

Bizimaz.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, döyüş meydanında qalan 30-a yaxın erməni əsgər və zabitin, eyni zamanda, iki nəfər yaşlı erməni vətəndaşın Ermənistan tərəfə verilməsi istiqamətindən Prezident İlham Əliyev tərəfindən təşəbbüs irəli sürülüb:

“Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Rusiyanın Müdafiə Nazirliyinin humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarilə öz vətəndaşlarının və əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq verilib. Hazırda bu əməliyyat başa çatıb”.

“Rusiya Müdafiə Nazirliyinə, Beynəlxalaq Qızıl Xaç Komitəsinə və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə təşəkkürümüzü bildiririk.

Bu, bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirir”, - deyə H.Hacıyev qeyd edib.

Prezidentin köməkçisi Oxu.Az-a açıqlamasında bildirib ki, təhvil verilən meyitlər hələ hamısı deyil.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov