ABŞ prezidenti Donald Trampın Administrasiyası Ukraynaya ölümcül müdafiə silahlarının satılması ilə bağlı qanun layihəsini təsdiqləyib.
Bununla Tramp Administrasiyası Barak Obamanın Ukraynaya uçuş silahlarının satılması barədə qadağadan imtina edib.
Nəşrin məlumatına görə, bu addım
ABŞ Milli Təhlükəsizlik Şurasının aparıcı ekspertləri tərəfindən təsdiqlənib. Qərar Trampın Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlıq etmək səylərinə ciddi zərbə kimi qiymətləndirilir.
Qeyd edək ki, bu ay
ABŞ Dövlət Departamenti Ukraynaya 41,5 milyon dollar dəyərində M107A1 snayper tüfənginin, silah-sursatın və lazımlı detallar və aksessuarların satılmasına dair kommersiya lisenziyası verib.