Xəbər lenti



Son günlər Ermənistandakı etirazlar, proseslərin mümkün sonluğu ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi siyasilrə hesab edir ki, lazım gələrsə Rusiya bu ölkədəki 102-ci hərbi bazasından aksiyaları yatırmaq üçün istifadə edə bilər. 
 
Bəs əslində necə, Rusiyanın son anda belə bir addım atması mümkündürmü? İndiki mürəkkəb situasiyada Kreml buna cəsarət edə bilərmi?
 
VİP sədri Əli Əliyev Moskvanın indiki vəziyyətdə bir sıra addımlar ata biləcəyini vurğuladı:
 
“Mənə elə gəlir ki, dünəndən artıq Rusiyanın susqunluğu bitdi. Putinin Karapetyana zəngi və “problemlərin qanun çərçivəsi və son parlament yekunları “ əsasında çözülməsi barədə rəsmi məlumatlarda yer almış fikri iki cür yozulmalıdır. Ya Putin Karapetyana dəstək və tapşırıq verib, çərçivələrə işarə edir. Ya da ki, Paşinyanla Rusiya rəsmilərinin görüşündən sonra neytrallığa çalışır. Bir fikri dəqiqliklə bilirəm ki, Putin Ermənistanı Qərbə güzəşt etməyəcək. Bu yolda gərəkən nədirsə, artıqlaması ilə edəcək, o cümlədən hərbi müdaxiləyə də əl ata bilər. 102-ci hərbi hissə hərəkətə keçə bilər, lakin bu son həddir. Eksklüziv olaraq, sizə bir xəbər vermək istəyirəm. Dünən internet üzərindən müvafiq saytın köməkliyi ilə bəzi şəxslər Ermənistana 3 İL-76 təyyarəsinin uçduğunu qeydə alıblar. Təyyarələr Moskva vilayəti ərazisindən qalxıblar. İl-76 təyyarələri hərbi məqsədlə də istifadə edilə bilən uçuş vasitələridir. 
İstisna etmirəm ki, Moskva Ermənistana xüsusi təyinatlı qüvvələr yerləşdirir. Belə qüvvələr requlyar hərbi hissələrdən daha effektivdir. Onları mülki geyimdə istifadə etmək olur və lazım gəldikdə özəl şirkətlərə aidiyyatı deyilə bilir. Bu yolla dövlət kənarda saxlanılır. Suriyada bu üsul sınaqdan çıxarılıb. Vaqner adlı özəl şirkət Rusiya mənşəli olsa da, onların törətdiklərini rəsmi Moskva boynundan atır. Belə qüvvələr Ermənistana da gətirilə bilər. Gedişat Paşinyan-Rusiya, Paşinyan –Qərb, Qarabağ klanı-Kreml danışıqlarından asılı ola bilər. Bu günə Paşinyan şəksiz qalib təəssüratı bağışlayır. Lakin hadisələrin diametral dəyişikliyini mümkün sayıram. Mayın 1-nə parlmentdə seçkilər təyin edilib. O zamana qədər hər iş dəyişə bilər. Qarabağ klanı come-back də edə bilər. Karapetyan və hakim siyasi partiyanın yenidən güclənmməsi versiyası da baş tuta bilər. Fikrimcə, hadisələrin inkişafı Moskvanın mövqeyindən asılı olacaq”.
 
Seymur Əliyev
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov