Türkiyə Suriyaya görə Qərb-Rusiya qarşıdurmasında çətin vəziyyətdə qalıb. Ankarada görüşdüyüm rəsmilərlə və ekspertlərlə fikir mübadiləsindən gəldiyim qənaətə görə bunu söyləyirəm.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ankara bir tərəfdən Moskva və Tehranla üçlü format formalaşdıraraq əməkdaşlığı gücləndirib, o biri tərəfdən Moskva və Tehranın dəstək verdiyi Əsəd rejiminin insanlara qarşı kimyəvi silahdan istifadəsinə göz yuma bilməz.
Onun sözlərinə görə, Qərb də elə bunun üçün Əsədi cəzalandırmaq istəyir:
“Ankara da elə Qərbdən illərdir bunu gözləyirdi. Ancaq indi regional şərtlər Türkiyə üçün dəyişib.
Ona görə də Ankara Suriya məsələsində Qərblə Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Ancaq bu balansı qorumaq getdikcə çətinləşir”.