Rusiyaya qarşı bir neçə ölkə birgə addım atıb.
Böyük Britaniyadan sonra Fransa və Almaniya da rus diplomatlarını ölkədən çıxarır.
Bildirilir ki, hər iki ölkə 4 diplomatı geri göndərir. Onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilib.
ABŞ da Sietl şəhərindəki rus konsulluğunu bağlamaq barədə qərar verərək 60 diplomatı ölkədən qovub.
***
Son məlumatlara görə, rus diplomatlarını qovan ölkələrin siyahısında Litva, Polşa və Ukrayna da yer alıb. Litva 3, Ukryana 13, Polşa isə 4 rus diplomatı ölkəsindən çıxarır.
***
İtaliya, Kanada, Estoniya və Latviya da rus diplomatlarına qarşı eyni addımı atıb.
***
Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk bildirib ki, 14 Aİ ölkəsi rusiyalı diplomatları göndərmək qərarına gəlib. O, bu barədə öz rəsmi tvitter hesabında yazıb: “Biz diplomatların qovulması ilə yanaşı, başqa tədbirlərin də görüləcəyini istisna etmirik”.