Venesuela BMT Baş Assambleyasında səs vermək hüququndan müvəqqəti olaraq məhrum edilib.
Buna səbəb ölkənin BMT büdcəsinə öhdəsinə götürdüyü məbləği ödəməməsi olub.
Venesueladan başqa daha 7 ölkə - CAR, Dominikan, Qrenada, Liviya, Surinam, Yəmən və Ekvatorial Qvineya yanvar ayının sonlarına olan hesabata görə, BMT-ə qarşısında öhdəliyi yerinə yetirməyib.
Qeyd edək ki, 2017-ci ildə də anoloji vəziyyətlə üzləşən Venesuelanın ödənişləri həyata keçirdikdən sonra səsvermə hüququ bərpa edilmişdi.