Rusiya Mərkəzi Seçki Komissiyası hazırkı prezident Vladimir Putinin prezidentliyə namizədliyini qeydə alıb.
Qeydiyyat vəsiqəsi V. Putinin etibarlı nümayəndəsi Serqey Kabışevə verilib.
Seçkilərə hər hansı siyasi partiyanın namizədi kimi deyil, sərbəst qatılan Putinin lehinə 1,6 milyondan çox imza toplanıb.
Qeydiyyat üçün azı 300 min seçicinin imzası tələb olunduğu halda, V. Putinin lehinə 1,6 milyondan çox imza toplanıb. Lakin yoxlanıldıqdan sonra 314 min imza MSK-ya göndərilib.
Qeyd edək ki, prezident seçkiləri martın 18-də keçiriləcək. Artıq Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Kommunist Partiyasının namizədi Pavel Qrudinin namizəd kimi qeydə alınıb.
Onlar parlament partiyaları tərəfindən irəli sürüldüyü üçün imza tələb olunmurdu.
Daha 5 namizəd - Kseniya Sobçak, Qriqori Yavlinski, Maksim Suraykin, Sergey Baburin və Boris Titov qeydiyyat üçün gözləyir.
Xatırlada ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
E.Ə.