İlk dəfə olaraq Moskva hava limanlarında və aviaşirkətlərində terror hücumları təhlükəsinin maksimum, üçüncü səviyyəsi tətbiq edilib.
Bizimaz.az Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq bu barədə daşıyıcılar və hava limanları xəbərdar edilib.
Məlumata görə, yüksək riskli rejim Sankt-Peterburq hava limanında da tətbiq edilib.
Səlahiyyətli şəxslər sərnişinləri buraxılış məntəqələrində mümkün növbələrə hazır olmaq barədə xəbərdarlıq ediblər. Onlar uçuşa gecikməmək üçün əvvəlcədən hava limanlarına çatmağı məsləhət görüblər.