Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan Mikayıl Arzumanyanın həbsindən danışıb.
Bizimaz.az baku tv-yə istinadən xəbər verir ki, Zöhrabyan Ermənistan silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi Oleq Qosparyan və erməni quldur dəstələrinin Qarabağdakı keçmiş komandanı Cəlal Aratunyanın da həbs olunacağını iddia edir.
Onun sözlərinə görə, həmçinin erməni separatçılarının lideri Araik Arutyunyanın da həbsi gözlənilir.
"Əlbəttə, cavab verəcəklər. Araiklər, Cəlallar və digər ləyaqətsiz Paşinyanın arxasında gizlənənlər məğlubiyyətə düçar olacaqlar. Zabitlər elə düşünürlər ki, kolun arxasında gizlənərək özlərini sığortalayacaqlar və tutulmayacaqlar. Dərindən yanılırlar. Nikol hamınızı bir-bir həbs edəcək. Yaxın zamanlarda Araik Arutyunyan həbs olunacaq".
BAKU.WS