Bu gün Brüsseldə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti arasında görüş keçiriləcək.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, görüş Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü ilə baş tutacaq.
Görüşdə Avropa İttifaqının Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak da iştirak edəcək.
Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən Kosovoda yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub, bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb.