Rusiya Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatları diqqətlə izləyir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov vurğulayıb ki,
Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması olduqca önəmlidir: "Şübhəsiz biz Afrində baş verənlərlə əlaqədar humanitar vəziyyəti diqqətlə izləyirik".
Qeyd edək ki, ötən həftənin şənbə günü Türkiyə
Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlayıb. "Zeytun budağı" adlı əməliyyatlar uğurla davam etdirilir.