Cəbəllütariqdə qazıntı işləri aparan alimlər 40 min il əvvəl mövcud olmuş, ətraf aləmdən tamamilə təcrid olunaraq qalmış mağara kəşf ediblər.
Mütəxəssislər qeyd edir ki, bu tapıntı neandertalların mədəniyyəti və adətləri haqqında bir çox yeni məqamları kəşf etməyə imkan verəcək.
Qeyd edilir ki, tədqiqatçılar hələ 2012-ci ildən başlayaraq Aralıq dənizində, Cəbəllütariqin cənub-şərq hissəsində yerləşən Qorama mağara kompleksini araşdırmağa başlayıblar.
Ən böyük qazıntılar mağara kompleksin bir hissəsi olan Vanquard mağarasında aparılıb.
Mütəxəssislər qeyd edirlər ki, keçidlərin çoxunun qumla örtülməsi mağara kompleksinin həqiqi ölçülərini anlamağı çətinləşdirir.
Arxeoloqlar tapılan mağara kamerasının onların başqa oxşar məkanlara çıxış əldə etməyə imkan verəcəyinə inanırlar.
Mənbə: “The Guardian”