Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın fikrini yayındırmaq üçün Yaponiyada baş tutan G20 görüşlərinə bilərəkdən “cazibədar xanım” gətirib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu iddia ilə sabiq ABŞ prezidentinin mətbuat katibi Stefani Qrişem öz kitabında çıxış edib.
Məsələnin dünya mediasında geniş işıqlandırılması Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun buna münasibət bildirməsi ilə nəticələnib:
"Rusiya Prezidenti Vladimir Putin danışıqlar üçün nəzərdə tutulmuş tərcüməçinin seçimində şəxsən iştirak etmir, bu məsələ ilə Rusiya Xarici İşlər Nazirliyi məşğul olur".
BAKU.WS