Dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts planetin xilasında həlledici rol oynaya biləcək yaşıl texnlogiyaların yaradılması məqsədilə yüz milyonlarla dollar həcmində vəsait cəlb edib.
Onun təsis etdiyi “Breakthrough Energy” qeyri-kommersiya təşkilatı 2016-cı ildən bu yana ABŞ-ın yeddi böyük şirkətindən sərmayə alıb.
Qeytsin sponsorları “Microsoft”, “BlackRock”, “General Motors”, “American Airlines”, “Boston Consulting Group”, “Bank of America” və “ArcelorMittal” şirkətləri olub.
Multimilyarder bəyan edib ki, əgər bəşəriyyət fəlakətdən yan keçmək istəyirsə, bunun üçün yeni sənaye inqilabı gerçəkləşdirməlidir.
Ekspertlərin hesablamalarına görə, yaşıl texnologiyalara keçidi nəzərdə tutan inqilab 50 trilyon dollara başa gələcək.
Mənbə: CNBC