Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” özəl universitetlərin tələbə qızlarının niqab geyinməyini məcburi edib.
Bildirilir ki, “Taliban” tərəfindən yayımlanan sənəddə təhsil müəssisələrinin işinin təşkili ilə bağlı başqa təlimatlar var. Beləliklə, yeni əmrdə sinifləri cinslərə görə bölmək və əgər bu mümkün deyilsə, qızları oğlanlardan pərdə ilə ayırmaq, ayrıca giriş və çıxışlardan istifadə etmək tələbi var.
Bu barədə sosial şəbəkədə fotolar yayılıb.
Həm də yalnız qadınlar və ya yaxşı nüfuza malik “yaşlı kişilər” qızlara dərs keçməlidir.
Bundan əlavə, əfqanıstanlı tələbə qızların dərsdən beş dəqiqə əvvəl ayrılmaları və oğlan yoldaşlarının təhsil müəssisəsindən ayrılmalarını gözləmələri tələb olunacaq.
Məhdudiyyətlərə baxmayaraq, adının açıqlanmasını istəməyən bir universitet professoru bildirib ki, Əfqanıstan qadın və qızlarının təhsilə davam etmələrinə icazə verilməsinin özü “böyük müsbət addımdır”.
Mənbə: “Agence France-Presse”