ABŞ-ın Luiziana ştatında “İda” qasırğası səbəbindən bir milyondan çox sakin işıqsız qalıb.
Bizimaz.az-n məlumatına görə “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “PowerOutrage.US” xidməti yayıb. Bildirilir ki, Luiziana ştatında 1 002 184, Missisipi ştatında isə 43 016 nəfər işıqsız qalıb.
Daha əvvəl verilən məlumatda qeyd olunub ki, “İda” qasırğası Luiziana ştatının ən sıx məskunlaşmış Yeni Orlean şəhərini tamamilə elektrik enerjisiz qoyub.
Qeyd edək ki, dördüncü kateqoriyalı “İda” qasırğası avqustun 29-u səhər saatlarında Luiziana ştatını vurub. Hazırda qasırğa dördüncü kateqoriyaya qədər zəifləyib və ştatın dərinliklərinə doğru hərəkət etməyə davam edir.