Kabildə terror hücumunda həlak olanların xatirəsini yad etmək üçün bütün ABŞ ərazisində dövlət bayraqları endiriləcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə elan edib.
“Kolumbiya dairəsi və bütün ABŞ ərazisində bütün ictimai binalar və hərbi bazalarda bayraqlar endiriləcək”, - o deyib.
Cümə axşamı günü Kabil aeroportunun binası yaxınlığında iki partlayış törədilib. KİV-in son məlumatına görə, 12 ABŞ hərbçisi daxil olmaqla, azı 90 nəfər həlak olub.