“Türkiyə Əfqanıstandan olan bir qaçqını belə qəbul edə bilməyəcək”.
Bunu Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının sözçüsü Ömər Çelik bildirib. Onun sözlərinə görə, Türkiyə qaçqın düşərgəsi deyil:
“Artıq bir qaçqını belə (Əfqanıstandan - Red) qəbul etmək imkanımız yoxdur. Biz öz qərarlarımızı verəcəyik. Sərhədlərimizi çox diqqətlə qoruyuruq”.