“Rusiya və Türkiyə “S-400” zenit-raketlərinin Türkiyəyə tədarük edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir”.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Rosoboroneksport”un sədri Aleksandr Mixiyev açıqlayıb.
Onun sözlərinə görə, hər iki ölkə danışıqların son mərhələsindədir. A.Mixiyev qeyd edib ki, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq.