Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.
Bizimaz.az-n məlumatına görə “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş Moskva şəhərində keçirilir və bu koronavirus pandemiyasının başlamasından bu yana tərəflər arasında baş tutan ilk görüşdür.
Məlumata əsasən, Vladimir Putin və Angela Merkel iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivlərini müzakirə edirlər. Həmçinin, tərəflər bir sıra beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi də aparırlar.