Rusiyada Moskva vilayətində “İl-112V” tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu haqda məlumatı “TASS” agentliyi yayıb.
Həmçinin qeyd olunur ki, qəza təlim uçuşu zamanı Kubinka aerodromu ərazisində baş verib.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 3 ekipaj üzvü olub və onlardan heç biri sağ qalmayıb.