"Taliban" silahlı qruplaşmasının Əfqanıstanı ələ keçirərək faktiki hakimiyyətə çevrilməsi böyük suallar ortaya qoyub.

 

Hər kəsi düşündürən suallardan biri də milyardlarla dollar bahasına hazırlanan Əfqanıstan ordusu yaraqlılara necə təslim olub?

Bizimaz.az  "Milliyet"ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Əfqanıstanı tərk etməzdən əvvəl ölkənin 300 min nəfərdən ibarət əsgər və zabiti olub. "Taliban" radikal qruplaşmasının isə 75 min nəfərlik silahlısı mövcuddur.

Əfqanıstan ordusu və polis qüvvələri yüksək itkilər, fərarilik və korrupsiyadan daim əziyyət çəkib. Bəzi əfqan generallar isə fantastik maaşlar alaraq saxta və mövcud olmayan birqadalar yaratdıqlarını iddia ediblər. Həmin briqadalar üçün ayrılan pullar isə yenə generallar tərəfindən mənimsənilib. Faktiki olaraq 46 taborda 36 mindən çox əsgərin mövcud olması sənədlərdə göstərilsə də, reallıqda bu, mövcud olmayıb.

Əfqanıstan prezidentinin ölkədən qaçarkən 4 avtomobil pul daşıması, ölkəyə ayrılan pullara rəğmən bərbad infrastruktur, korrupsioner məmurların mövcudluğu yerli əfqanların "Taliban"a qarşı müqavimət göstərməməsi ilə nəticələnib.

 
VİDEO