Əfqanıstan Prezidenti Əşrəf Qəni "Taliban" yaraqlıları paytaxt Kabili ələ keçirdikdən sonra birbaşa reyslə Tacikistana yollanıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Tacikistan bürosu məlumat yayıb.

Əşrəf Qənini Prezident Administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzli və milli təhlükəsizlik müşaviri Həmdullah Muhib müşayiət edib.

Əfqanıstanın yüksəkçinli rəsmilərini daşıyan təyyarə Düşənbə üzərində bir müddət qaldıqdan sonra Omana yola düşüb. Bunun üçün Özbəkistan, Türkmənistan və İran hakimiyyətləri razılıq veriblər.

Əfqanıstan Milli İslam Hərəkatının sədri, marşal Əbdürrəşid Dustumun qızı Rəhilə bu məlumatı təsdiq edərək, Əşrəf Qənini daşıyan təyyarənin Düşənbənin ətrafında dövrə vurduğunu, daha sonra isə Omana yollandığını söyləyib.