Türkiyədə sel fəlakətində ölənlərin sayı 17 nəfərə çatıb.
Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter” səhifəsində paylaşım edib.
Dövlət başçısı təbii fəlakətdən əziyyət çəkən bölgələrdə axtarış-xilasetmə işlərinin tam gücü ilə davam etdiyini bildirib.
O, həmçinin vəfat edənlərə tanrıdan rəhmət diləyib.
20:25
Türkiyənin Qara dəniz sahillərində intensiv yağışların səbəb olduğu sel tələfatsız ötüşməyib.
“Haber Global”ın məlumatına görə, təbii fəlakət nəticəsində Kastamonuda 10, Sinopta bir nəfər həlak olub.
Bununla yanaşı, Bartın vilayətində də bir nəfərin itkin düşdüyü bildirilib.
Hazırda fəlakət bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.