Meqastar Tarkan xeyirxah addım atıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, sənətçi Türkiyədə yanğın baş verən ərazilərə 500 min lirə (təxminən 100 min AZN) yardım edib.

Meqastarın bu yardımı hər kəsdən gizli saxladığı iddia olunur. Bu haqda müğənni Onur Akay məlumat verib:

"Tarkan yanğın baş verən bölgələrə 500 min TL dəyərində gizli yardım edib. Bu gizli yardımı örnək olsun deyə açıqladım. Halal olsun Tarkana", - deyə Akay qeyd edib.

Onu da bildirək ki, bu, ifaçının ilk gizli yardımı deyil. Müğənni 2020-ci ildə payına düşən təltif olunma gəlirlərini pandemiya zamanı işsiz qalan sənətçilərin sosial təminatının yaxşılaşdırılması üçün sərf edilməsini istəyib.