Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yangınları ilə mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək.

 

Bizimaz.az-n  məlumatına görə, bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi göndəriləcək.

Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək, "Daha çox kömək etməyə hazırıq", - deyib.