Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.

 

Bizimaz.az “Report”a istinadən xəbər verir ki, onlar Suriya əsilli 2 qardaşdır.

Şübhəli şəxslər hüquq-mühafizə orqanlarının ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə birlikdə keçirdiyi əməliyyat zamanı saxlanılıblar. PKK üzvlərinin ölkədən qaçmaq planlarının olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində 4 nəfər ölüb, onlarla ev isə yararsız vəziyyətə düşüb.