ABŞ Dövlət Departamenti vətəndaşlarını Ermənistana səfərlərdən imtina etməyə çağırıb.
Bizimaz.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin saytında yer alıb. Buna səbəb kimi koronavirusun Ermənistanda son vaxtlar geniş yayılması göstərilib.
ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi Ermənistanda amerikalıların koronavirusa yoluxma riskini 3-cü səviyyəyə qaldırıb.
Dövlət Departamenti amerikalıları həmçinin Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsi və Ermənistan-Azərbaycan sərhədindən də uzaq durmağa səsləyib:
“ABŞ hökuməti Qarabağdakı ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir, çünki onların oraya girişi qadağandır”.