Yaxın vaxtlarda Tokio metrosunun sərnişinlərinə robotların kömək göstərəcəyi gözlənilir.
Bizimaz.az: Yaponiya hökuməti həmin robotları noyabrın sonlarından başlayaraq üç ay ərzində paytaxt metrosunun altı stansiyasında sınaqdan keçirməyi planlaşdırır.
Bu robotların bəziləri sərnişinlərə ilkin tələbat yerlərini və ya çıxışı tapmaqda yardım edəcək. Digər robotlar isə yeraltı nəqliyyatda təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Onlar stansiyada patrul xidməti çəkərək, şübhəli əşyalar aşkar etdikdə bu barədə dərhal əməkdaşları xəbərdar edəcəklər.Robotlardan istifadənin stansiyaların fəaliyyətinin səmərəliliyini artıracağı gözlənilir.