Bizimaz.az: Sənəddə guya 1915-ci ildə türklər tərəfindən Osmanlı
imperiyasının erməni əhalisinə qarşı “soyqırımı” törədilməsi haqqında ermənilərin ittihamları və iddiaları ilə razılaşmadığına görə Kaliforniya hökumətinin Türkiyə əleyhinə sanksiyalar tətbiq etməsi nəzərdə tutulurdu.
Birləşmiş Ştatlar rəhbərliyinin rəsmi mövqeyinə görə, 1915-ci il hadisələri soyqırımı hesab edilmir və müvafiq olaraq,
ABŞ-ın bütün ştatları federal hökumətin siyasətinə uyğun olaraq bu xarici siyasət xəttinə əməl etməlidirlər. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı və
Avropa İnsan Hüquqları Məhkəməsi hesab edirlər ki, ermənilərin soyqırımı iddiaları sübut olunmuş fakt deyil.
“AB 1597” dövlətlərə qarşı tətbiq olunan tipik “boykot-divestisiya-sanksiyalar” tədbiridir. Ermənilər bu qanun layihəsindən istifadə edərək Kaliforniya dövlət qulluqçularının pensiya təminatı sistemini (CALPERS) və ştatın müəllimlərinin pensiya təminatı sistemini (STRS) Türkiyə Respublikasında yerləşən maliyyə vasitələrindən imtinaya məcbur etməyə çalışırdılar. “AB 1597” erməni lobbisinə Türkiyəni gəlirli sərmayə mənbəyi kimi qiymətləndirən Kaliforniya pensiya sərmayə orqanlarının fidutsiar (etibara əsaslanan) öhdəliklərini ələ keçirməyə imkan verəcəkdi.
Kaliforniya ştatı Assambleyası hələ 2017-ci ilin iyununda mənşəcə erməni olan Assambleya üzvü Adrin Nazaryanın təqdim etdiyi qanun layihəsini qəbul edib. Məlum olduğu kimi, Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasiyası (“Daşnaksutyun” partiyasının gənclər qolu) Kaliforniya ştatını Türkiyə hökumətinin nəzarət etdiyi maliyyə vasitələrindən gələn dövlət vəsaitindən məhrum etmək üçün uzun illərdir bu qanun layihəsini gündəliyə daxil etməyə çalışırdılar.