Məkkədə yerləşən müqəddəs Məscidul-Haramda hər biri 3500 hacını kölgəsinə alacaq ən böyük çətirlərin quraşdırılması başa çatmaq üzrədir.
Bizimaz.az: salamnews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin mənbələri dünyanın ən böyük çətiri olacaq Məscidul-Haram çətirlərinin açılışının yaxın günlərdə baş tutacağını bildiriblər.
Məlumata görə, çəkisi 500 ton olan hər çətir 30 metr hündürlüyündə olacaq və onların hər birinin kölgəsində 3500 namaz qılan ibadət edə biləcək.
Almaniya istehsalı olan çətirlər Məkkə ərazisində quraşdırılacaq 8 nəhəng və yüksək texnologiyalı konstruksiyanın ilk hissəsidir. Məlumata görə hər bir çətirdə zəvvarlar üçün kondisioner, müşahidə kameraları, saatlar, monitorlar və sair quraşdırılacaq.