Xəbər lenti


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda  "Dəyişən dünyada davamlı sülh və inkişaf" mövzusunda XIV Ali səviyyəli toplantısı keçirilib.

 

Bizimaz.az: Mərkəzdən  verilən məlumata görə, toplantının açılışında Xorvatiya Prezidenti xanım Kolinda Grabar-Kitaroviç, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Bolqarıstan Baş naziri Boyko Borisov, Rumıniya Baş nazirin müavini Anna Birchall (Baş naziri xanım Vlorica Dancila adından ) və mərkəzin həmsədri İsmayıl Serageldin çıxış edib. Malta Baş naziri Joseph Muskat, Makedoniya Prezidenti Georgi İvanov, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Finlandiyanın sabiq prezidenti Tarya Hallonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, Latviyanın sabiq xarici işlər naziri Valdes Zatlers, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Amir Musa, Rumıniya və Fələstinin baş nazirlərinin müavinləri də toplantıda iştirak edib.

Çıxışlarda dünyanı narahat edən sülh və təhlükəsizlik problemləri haqqında danışılıb. Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı ilə bağlı geniş müzakirələr aparılb. Bu proqramın Avropa İttifaqının genişləndirilməsi, regionda sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və inteqrasiyanın təmin olunması baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Avroatlantik münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb, ideya və təşəbbüslər geniş müzakirə edilib.

 

Toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar şurasınını sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada  və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov