Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar açılan cinayət işi çərçivəsində istintaqa cəlb ediləcək.
BizimAz.az:  Erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hüquq və dövlət məsələləri və insan hüquqlarının qorunması üzrə komissiyasının sədri Qevork Kostanyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanda heç kəs gizli və qanunsuz dinləmənin qurbanı olmamalıdır.

Bu mənada, jurnalistlərin “Vanetsyan və Xaçatryanla yanaşı, baş nazir Nikol Paşinyan da aparılan istintaq çərçivəsində İstintaq Komissiyasına çağırılaraq dindiriləcəkmi?” sualına Kostanyan “bəli” cavabını verib. 

“Konstitusiya hüququnun təmin edilməsi istiqamətində dövlət aparatımızın və qanunverici bazamızın nə dərəcədə hərtərfəli və kifayət olduğunu anlamaq üçün bunadək aparılan qanunsuz telefon dinləmələri müzakirə olunacaq və adını çəkdiyiniz şəxslər də hansısa mərhələdə istintaq komissiyasına çağırılacaq” – deyə, Kostanyan vurğulayıb. 

Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb, Ermənistanın Xüsusi İstintaq Komitəsi isə istintaq aparır. 
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov