Bizimaz.az : Bu barədə Tramp özünün "Tvitter" səhifəsində yazıb.
“Sorğulara baxmayaraq,
İran prezidenti
Həsən Ruhani ilə görüş keçirmək planım yoxdur. Ola bilsin, nə vaxtsa gələcəkdə görüşdük. Eşitmişəm ki, o, olduqca heyrətamiz insandır”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl
ABŞ-ın
BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Tehranın Ruhani və Tramp görüşünün təşkilini istədiyini bildirmişdi.
İran XİN isə bu məlumatı təkzib edib.
Hazırda Nyu-Yorkda səfərdə olan
İran prezidenti
Həsən Ruhani isə bildirib ki, Tramp onun ölkəsinə və xalqına qarşı yalnış addımlar atıb və
ABŞ prezidentinin qərarları heç bir ümid vermir. O, bu səbəbdən Trampla gözlənilən görüşünün əhəmiyyətsiz olduğunu düşünür.