Xəbər lenti


8 mayda ABŞ-ın birtərəfli qaydada İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planından çıxması və Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra, nəhayət, nüvə sazişinin digər iştirakçıları – Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa Tehrana praktiki zəmanət təqdim ediblər.
BizimAz.az: “Euronews”a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞsanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər. 

Görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də iştirak ediblər. 

Görüşün nəticəsi barədə açıqlama verən Mogerini bildirib ki, nüvə sazişinin digər iştirakçıları razılaşmada göstərilən öhdəliklərinin tam və effektiv icrasını davam etdirəcəklərini təsdiqləyiblər. 

“Hərtərəfli müştərək fəaliyyət planı nüvə silahının yayılmaması üzrə beynəlxalq rejimin mühüm elementidir və iştirakçı ölkələr İranın sazişdə nəzərdə tutulan öhdəliklərinə tam şəkildə əməl etdiyini təsdiqləyirlər. “Beşlik” ölkələri Arak reaktorunun modernləşdirilməsini və Fordo obyektinin yenidən konversiyasını dəstəkləməyə davam edəcəklər. Sazişin iştirakçı dövlətləri həmçinin, İranla biznes aparan şirkətlərinin müstəqilliyinin qorunması üçün tədbirlər görülməsinin vacibliyini vurğuladılar”, – deyə Mogerini bildirib. 

Aİ nümayəndəsi əlavə edib ki, Tehranla maliyyə əməliyyatları aparmaq üçün formalaşdırılacaq yeni mexanizm İranda qanuni biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirməsi yönündə önəmli qərardır. 
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov