bizimaz.az Ermənistanın Yeyinti Məhsullarının Dövlət Təhlükəsizlik Xidməti avqustun 28-dən etibarən Rusiyanın bir neçə regionundan donuz əti idxalına müvəqqəti məhdudiyyətlər qoyub.
"Avqustun 28-dən etibarən, donuz əti və donuz əti tərkibli məhsulların, həmçinin quş əti və quş əti məhsullarının, yumurtanın Rusiyadan idxalı müvəqqəti dayandırılıb",- deyə xidmətin saytında bildirilib.
Məlumatda qeyd olunur ki, qərar Heyvanların Sağlamlığının Mühafizəsi üzrə Ümumdünya Təşkilatının məlumatları əsasında qəbul edilib.