bizimaz.az MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın icraçı katibi Sergey Lebedev üzv ölkələrin
MDB-dəki daimi nümayəndələrinin Minskdə keçirilən iclasından öncə jurnalistlərin sualını cavablandırarkən belə deyib. Qeyd edib ki, 2019-cu ildə
MDB-yə sədrlik Tacikistandan Türkmənistana keçəcək.
Lebedevin sözlərinə görə, bu baxımdan 2019-cu ildə
MDB-nin bir çox tədbirlərinə Türkmənistan ev sahibliyi edəcək və o cümlədən,
MDB dövlət başçılarının gələn ilə nəzərdə tutulan sammiti də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Lebedev onu da əlavə edib ki,
MDB-yə üzv olan dövlətlərin hökumət başçılarının 2019-cu ilin mayında keçirilməsi planlaşdırılan iclası və xarici işlər nazirləri şurasının toplantısı da Türkmənistanda baş tutacaq.