Xəbər lenti

Edam cəzasını qaldıran ölkələr tez-tez dünya mediasında xəbər olur.

 

bizimaz.az Lakin 21-ci əsrdə biz bunun əksini də görə bilərik. Yəni bir müddətə qədər edam cəzasının olmadığı ölkələrdə, edam cəzasının yenidən bərpa olunması xəbərləri yayılır.

Minval.info xəbər verir ki, hansı parametrlərə görə edam cəzasının verilməsi hər bir ölkənin öz daxili qaydalarına görə müəyyənləşir. Bəzi ölkələrdə vətənə xəyanətə görə, bir qismində insan alveri, cinsi istismar, bəzilərində isə mitinqlər, küçə yürüşlərinə görə edam cəzası verilir.

Hazırda 56 ölkədə hələ də ölüm cəzası qalmaqda davam edir. 98 ölkədə ölüm cəzası de-yure, yəni hüquqi olaraq ləğv olunub. 7 ölkə hərbi məsələlər istisna olmaqla ölüm cəzasını ləğv edib, qanunlarında ölüm hökmü hələ də qalsa da, 10 ildir ölüm cəzası verilməyən 29 ölkə mövcuddur.

3 ölkə diktatorluq dövründə edam cəzasını bərpa edib…

Braziliya 1882-ci ildə ölüm cəzasını ləğv etmişdi. Hərbi çevrilişdən sonra 1969-cu ildə yenidən ölüm hökmü tətbiq olunmağa başladı. Lakin diktatorluqdan qurtulduqdan sonra 1988-ci ildə hazırlanan yeni qanuna əsasən ölüm hökmü yenidən ləğv olunur.

Bənzər hadisəni yaşayan ikinci ölkə Argentinadır. Hərbi çevrilişin ardınca 1976-cı ildə ölüm hökmü tətbiq olunur. 1984-cü ildə hərbi məsələlər istisna olmaqla, 2008-ci ildə isə ölüm hökmü tamamilə ləğv olunur.

Üçüncü bu aqibəti yaşayan ölkə isə Qambiyadır. 1993-cü ildə edam hökmünü ləğv edən ölkə, 1994-cü ildə çevrilişdən bir il sonra hökmü yenidən bərpa edir. Həmin ildən taxtı əldən buraxmaq istəməyən Yəhya Cameh qonşu ölkələrin də təzyiqindən sonra taxtı əldən buraxmalı olur. 2018-ci ildə xalq səs verməsi ilə hakimiyyətə gələn Adam Barrov ölüm hökmünü ləğv edir.

2 ölkə sivil yollarla ölüm hökmünü ləğv edir…

Nepal 1990-cı, Filippin isə 2006-cı ildə sivil şəraitdə ölüm hökmünü ləğv edib.

Papua Yeni Qvineya isə sivil yolla ölüm hökmünü ləğv edib, sonra geri gətirən və hələ də ləğv etməyən tək ölkədir.

Türkiyə də edam cəzasını yenidən bərpa etmək haqqında düşünən ölkələrdəndir. Bu barədə söhbətlər 2016-cı ilə 15 iyulda hərbi çevrilişə cəhddən sonra Ərdoğanın “edam istəyirik” şüarından sonra başladı.

Lakin Türkiyə edamı ləğv etməsinə dair iki sənəd imzalayıb. Bunlardan biri Avropa İnsan Haqları Konvensiyasıdır ki, indiyə qədər heç bir Avropa ölkəsi bu protokolu imzaladıqdan sonra imzasını geri çəkməyib.

Digər sənəd Şəxsi və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyadır ki, ümumiyyətlə bura üzv olan heç bir ölkə buradan imtina edə bilməz. İmtina etməyə cəhd göstərən yeganə ölkə isə Şimali Koreyadır.

Avropada yeganə ölkə Belarusdur ki, orada ölüm hökmü hələ də qalır. Çin və İran dünyada ən çox adamın edam olunduğu ölkədir. Beynəlxalq Əfv Təşkilatının açıqlamasına əsasən edamın ən çox olduğu ölkələr arasında ilk 5 yeri aşağıdakı ölkələr tutur:

1-     Çin

2-     İran

3-     Pakistan

4-     Səudiyyə Ərəbistan

5-     Amerika

 

21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov