ABŞ prezidenti Donald Trampın təhdidlərinə baxmayaraq, bəzi ölkələr BMT-nin Baş Assambleyasının ötən gün keçirilən xüsusi sessiyasında ABŞ-ın Qüdslə bağlı qərarını rədd edən qətnamə layihəsinin lehinə olduğunu nümayiş etdirib.
ABŞ-ın maliyyə yardımı ayırdığı İraq, Əfqanıstan, Misir, İordaniya və Pakistan qətnamənin lehinə səs verməklə diqqət çəkib.
Qeyd edək ki, Tramp
Qüdslə bağlı
ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə maliyyə yardımının dayandırılacağını bəyan etmişdi.
Xatırladaq ki,
BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamə ilə
Qüds İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb.
ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb.