Gürcüstan polisi bu gün səhər saatlarında Tbilisinin mərkəzində etiraz aksiyasının daha 3 iştirakçısını saxlayıb.
bizimaz.az Bu barədə jurnalistlərə nümayişçilər bildiriblər.
Qeyd edək ki, dünən Tbilisidə ötən ilin dekabr ayında iki yeniyetmənin qətlə yetirilməsi cinayət işi üzrə "ədalətin bərpası" tələbi ilə mayın 31-də başlamış etiraz aksiyası bərpa edilib.
Gürcüstan KİV-inin məlumatına görə, nümayişçilər Rustaveli prospektində çadırları avtomobil yoluna çıxarıblar. Amma hazırda avtomobillərin hərəkəti qismən bərpa edilib. Yolda üç çadır qalıb.