Qana futbolunda rüşvət qalmaqalı yaşanıb.
bizimaz.az Yerli futbol federasiyasının prezidenti Kvesi Nyantakyi vəzifəsindən istefa verib.
Son vaxtlar rüşvət aldığı ilə bağlı iddialar ortaya atılan Nyantakyi Qana prezidenti Nana Akufo-Addo ilə görüşdən sonra istefa ərizəsini təqdim edib. Eyni zamanda FİFA-nın İdarə Heyətində də yer alan federasiya başçısı ölkə prezidentindən üzr istəyib.