Ağ Evdə Rusiyanın G7-yə qaytarılmasına dair hər hansı müzakirələr aparılmayıb.
bizimaz.az Bu barədə CNN ABŞ Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən xəbər verib
“Trampın Rusiya ilə bağlı bəyanatı əvvəlcədən planlaşdırılmayıb. Prezident yalnız ABŞ-ın müttəfiqlərini deyil, həm də Milli Təhlükəsizlik Şurasını təəccübləndirib”, deyə mənbə bildirib.
Mənbəyə görə, Trampla Putin arasında görüşün keçirilməsi məsələsi də hələ ki, açıq olaraq qalır.
Ötən gün ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya “Böyük yeddiliyə” (G7) qayıtmalıdır. O bildirib ki, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq Rusiya G7-də iştirak etməlidir.