ABŞ prezidenti Donald Tramp Ağ Evdə ilk dəfə olaraq müsəlmanların müqəddəs ayı olan Ramazanda İftar yeməyi təşkil edəcək.
bizimaz.az Tramp keçən il prezidentliyinin ilk ilində Ağ Evdə prezident Klinton tərəfindən ənənəsi qoyulmuş və Buş və Obama administrasiyaları tərəfindən davam etdirilmiş İftar mərasimi keçirməyib.
2016-cı ildə prezident seçki kampaniyası dövrü Tramp müsəlmanların Birləşmiş Ştatlara səfərlərinə qadağa qoyulmasına çağırmış və əhalisinin əksəriyyəsi müsəlman olan bir neçə ölkədən mühacirlərin gəlməsinə qadağa qoyulması ilə bağlı sərəncamlar verib. Ramazan ayında müsəlmanlar gün doğandan gün batana qədər oruc tutur, axşam günün batmasından sonra İftar açır.
Ağ Evdə İftar yerməyinə təxminən 40 nəfərin qatılacağı gözlənilir. Ağ Evin əsas ziyafət salonunda keçiriləcək mərasimə qatılanların siyahısı açıqlanmayıb.
Adətən Ağ Evdə İftar mərasiminə diplomatlar və Amerikanın müsəlman icmasının liderləri qatılır. Amerikanın bir sıra müsəlman qrupları mərasimi boykot edəcəklərini bildirib. (Azadlıq Radiosu)