İribuynuzlu heyvanlar bir saatın içində müəmmalı şəkildə tələf olur.


Bizimaz.az: BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Tovuzun Hacıhəsənli kəndində qeydə alınıb.

Kənddə bu günə kimi 10-a yaxın heyvan tələf olub.

Daha bir neçə heyvan isə ölümlüc hala düşüb.

Mal-qaranın ölüm səbəbi isə sakinlərə müəmmalı qalıb.

Təsərrüfat sahibləri deyir ki, heyvanlar xəstəliklərə qarşı müalicədən sonra tələf olub.

Ayrı-ayrı şəxsi təsərrüfatlarda ölən heyvanlar otlaq sahələrindən gələndən sonra tələf olub. Sakinlər müəmmalı heyvan ölümünün kütləvi hal alacağından narahatdırlar.

Bildirək ki, faktla bağlı mütəxəssislər tərəfindən heyvanlardan götürülən analizlər götürülüb.
BAKU.WS