Xəbər lenti

Sürücülərə ŞAD XƏBƏR: yol polisi bu cərimələri bağışladı
 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib. 


Bizimaz.az: Avtosfer.az-a istinadla xəbər verir ki, Bakı-2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq iyulun 20-dən tətbiq olunan sarı zolaq qadağası artıq başa çatıb. Bakının bəzi küçə və prospektlərində qoyulan sarı zolaq qadağası bir çoxlarına narahat edirdi.

İndiyədək heç kim cərimə bildirişi almadığı üçün yol polisi tərəfindən cərimə yazılıb-yazılmaması sual doğururdu. Nəhayət, bu gün məlum olub ki, yol polisi yarış günlərində sarı zolağa daxil olan sürücülərə güzəşt edib və heç bir sürücüyə cərimə yazılmayıb, elektron qərar tətbiq edilməyib. Bunu

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da açıqlamasında bunu təsdiq edib. Lakin o bildirib ki, cərimə olunan bir neçə sürücü var, amma onların sayı kifayət qədər azdır:

“Yol polisi yarışların təhlükəsiz, rahat keçməsini, sürücülərimizin isə sarı zolaq qadağasına əməl edərək həmrəylik nümayiş etdirməsini nəzərə alaraq onlara elektron qərar tətbiq etməyəcək. Yalnız bir neçə sürücü cərimə olunub ki, onlar da idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxanlar, onlara yol verməyənlər, yəni, sarı zolağı boşaltmayan sürücülərdir”.

Yol polisi sarı zolağa daxil olan sürücülərin sayının az olduğunu bəyan edib. Vaqif Əsədov bildirib ki, əvvəlki illərin təcrübəsi özünü bir daha göstərdi:

“Yol polisi olaraq sürücülərimizə təşəkkür edirik ki, həmrəylik göstərdilər və qaydaları pozmadılar. Müəyyən səbəblərdən qayda pozanları isə biz bağışladıq. Bir daha deyirəm, sarı zolağa daxil olduğu üçün çox az sürücüyə cərimə tətbiq edilib”.

01 May 2025 “3 milyondan çox vətəndaşın banklara kredit borcu var”
21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov