İyun ayının 3-də müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu elan ediləcək.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə verib. O bildirib ki, elektron sənəd qəbulu iyunun 10-na qədər davam edəcək və müsabiqə 24 iyunda başa çatacaq:
“Müəllimlərin yerdəyişmə müsabiqəsi üçün çıxarılan vakant yerlərin sayı 5000-dən çoxdur.
Vakant yerlərdə ibtidai sinif, kimya, biologiya, ingilis dili, musiqi, texnologiya müəllimliyi üstünlük təşkil edir. Müsabiqəyə çıxarılan vakant yerlər respublikanın əksər rayonlarını əhatə edəcək”.