Xəbər lenti





Finlandiya “Dünya Xoşbəxtlik Hesabatı”na (“World Happiness Report”) görə 5 il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi elan olunub. Hazırda bir çoxlarını Finlandiya sakinlərini həyatlarından bu qədər qane edən səbəblərin məhz hansılar olduğu maraqlandırır.

 

Xoşbəxtliyin əsaslarını araşdıran finlandiyalı filosof və psixoloq Frenk Martela ölkə sakinlərinin yüksək həyat keyfiyyətini qoruyub saxlamaq və xoşbəxt olmaq üçün heç vaxt etmədiyi 3 şeyi açıqlayıb.

 

Onun sözlərinə görə, bunlardan birincisi finlərin özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etməməsidir. O bildirib ki, Finlandiyada vətəndaşlar xüsusilə də zənginlik və maddi üstünlüklər baxımından lovğalanmağı sevmirlər.

Martela buna misal olaraq bu hadisə barədə danışıb: “Bir dəfə ölkənin ən zəngin insanlarından biri ilə qarşılaşdım. O, öz azyaşlı uşağını uşaq arabasında tramvay stansiyasına doğru aparırdı. Halbuki o özünə bahalı maşın ala və ya sürücü işə götürə bilərdi.  Lakin o bunun əvəzində ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Finlandiyada uğur məhz bu deməkdir”.

Martela finlərin həyatda etmədiyi ikinci cəhətin təbiətin üstünlüklərini gözardı etməmək olduğunu qeyd edib. Belə ki, 2021-ci ildə ölkədə həyata keçirilən sorğuya əsasən, finlərin 87%-i belə hesab edir ki, təbiət onlar üçün çox vacibdir. Çünki təbiət onlara ruhi sakitlik, enerji və rahatlıq bəxş edir. Bununla yanaşı, Finlandiyada işçilər yayda 4 həftəlik məzuniyyətə çıxırlar. Bir çoxları məzuniyyəti kənd ərazisinə getmək və təbiətlə baş-başa qalmaq üçün istifadə edir.

Finlandiyada sakinlərin əsla etmədikləri üçüncü cəhətə gəldikdə isə, bu, cəmiyyətdə etimadın itirilməməsidir. Qeyd olunur ki, araşdırmalara əsasən, ölkə daxilində etimad səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşlar da bir o qədər xoşbəxtdir. Belə ki, 2022-ci ildə dünyanın 16 şəhərində 192 pulqabı yerə atılaraq “pulqabı itirilməsi” eksperimenti həyata keçirilib. Nəticəyə əsasən, Helsinkidə itirilmiş 12 pulqabıdan 11-i sahibinə qaytarılıb.

Bununla yanaşı, Finlandiyada vətəndaşların bir-birinə güvəndiyi də xüsusilə vurğulanır. Qeyd olunur ki, kimsə öz telefonunu qatarda itirərsə və yaxud notbukunu kitabxanada unudarsa, əşyasını geri əldə edəcəyinə əmin ola bilər. Həmçinin ölkədə uşaqların nəzarətsiz şəkildə küçədə oynadığını və yaxud məktəbdən evə ictimai nəqliyyatla tək qayıtdığını görmək mümkündür.

14 Noyabr 2024 Aygün Bəylərin qəbirüstü abidəsi ucaldıldı
28 Mart 2023 İmsak və iftarda nə qədər su içmək lazımdır?
15 Fevral 2023 Narkotik maddələr daxili orqanlara dağıdıcı təsir göstərir
10 Fevral 2023 Dünya məşhurlarından Türkiyəyə dəstək davam edir
27 Dekabr 2022 2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO
14 Dekabr 2022 Azərbaycan əhalisinin sayı AÇIQLANDI
21 Noyabr 2022 Amerikalı tədqiqatçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gediblər
05 Noyabr 2022 Bu populyar qidalar gözləri kor edə bilər
03 Noyabr 2022 Tətil günlərində harada və neçəyə dincəlmək olar? - QİYMƏTLƏR - VİDEO
01 Noyabr 2022 Uzun ömürlülüyün sirri bu iki yağdadır...
01 Noyabr 2022 Noyabrda 10 gün iş olmayacaq
31 Avqust 2022 Zəngilan aeroportundan ilk test uçuşu - Video
16 Avqust 2022 Alimlər piy əridən 5 məhsulun adını çəkdilər
11 Avqust 2022 Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu
05 Avqust 2022 Dünya əhalisinə xəbərdarlıq – Avqustun 11-dən 12-nə keçən gecə…
13 Aprel 2022 Əliqandallı fotosu yayılan Medvedçuk kimdir?
18 Fevral 2022 Manaf Ağayev həbs edildi: Yoxlamalar başlandı
10 Fevral 2022 Axşam yeməyindən imtina etsəniz nə baş verər?
27 Yanvar 2022 Rusiyanın əmlak kralları - Siyahıya Azərbaycandan olan milyarderlər başçılıq edir
17 Yanvar 2022 Arıqlamağa mane olan üç böyük səhv açıqlanıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov