Xəbər lenti




Azərbaycan mətbəxində müxtəlif növ yağlardan istifadə edilir. Bu yağların bəzilərinin faydası olsa da, bəziləri səhhətimiz üçün ziyanlı sayılır.

 

Məsələn, kərə yağları barədə diyetoloqlar, həkimlər qeyd edirlər ki, onu az miqdarda çiy halda yemək lazımdır. Ancaq çoxlarımız hətta kərə yağını əridib yeməklərin bişirilməsindən ondan istifadə edirik.

Musavat.com xəbər verir ki, əslində isə bununla yeməklərimizə müəyyən qədər dad qatsaq da, səhhətimizə ziyan vurmuş oluruq. Ümumiyyətlə, son vaxtlar kərə yağlarının qiymətinin bahalaşması və satışda saxta kərə yağlarının olması insanları bu yağlardan müəyyən qədər uzaqlaşdırıb. Bu cür yağlarla yanaşı, əksəriyyətimizin uzaq durduğu, adı gələndə hətta ağız büzdüyü bir yağ var ki, o keçmişdə nənə-babalarımızın uzun ömürlük resepti olub. Söhbət quyruq yağlarından gedir. Quyruq yağı heyvan mənşəli yağların içində ən təbii və ziyansızıdır. Bərkdir, şəffafdır, tutumludur. Yağ turşuları ilə zəngindir. Qoyun piyi və quyruq yağı asan həzm olunur. Həzm sisteminə, qana və qaraciyərə ağırlıq vermir. Əridilmiş quyruq yağı həm də dərini cavanlaşdırır. Yüksək kalorili qidadır, hətta az miqdar qəbulu belə orqanizmin enerji təminatını ödəyir və toxluq hissi yaradır. Quyruq yağının tərkibindəki A və B1 vitamini beyin hüceyrələrini aktivləşdirir, yaddaşı, görməni gücləndirir, immuniteti möhkəmlədir.

Buradan anlamaq mümkündür ki, keçmişdə nənə-babalarımız nəyə görə bu qədər uzunömürlü və sağlam olublar. Müasir dövrümüzdə nəinki 60-70, hətta 35-40 yaşlarından artıq insanlarda qocalma prosesi gedir, müəyyən bir yaşa çatdıqda isə müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Bu cür vaxtsız qocalmanın və xəstəliklərə düçar olmanın səbəbi isə yaşam tərzi ilə yanaşı, həm də qidalardır.

Qeyd edək ki, 100 qram quyruq yağında 50 faiz yağ turşusu, omeqa-9 var. Bu da hüceyrə membranı üçün həyat enerjisi deməkdir. Bundan başqa, quyruq yağı soyuqdəyməyə, yanıqlara, bronxitə, kürək bel ağrılarına da faydalıdır. Keçmişdə nənələrimiz soyuqdəyməsi olan insanların kürəyinə quyruq yağı çəkib masaj etməyi tövsiyə edirdilər. Hazırda bu yağdan kəndlərdə çox istifadə edilir. Quyruq yağı ilə qızartmaların daha dadlı alındığı qeyd edilir.

Digər faydalı yağ isə ta qədimlərdən bu günümüzə qədər gəlib çıxan nehrə yağıdır. Nehrə yağının hazırlanması xüsusi bacarıq tələb edir ki, indinin özündə də kəndlərdə nənələr bu sənəti miras kimi öz nəvələrinə, gəlinlərinə öyrədirlər. Düzdür, nehrə yağının qiyməti də heç də hər kəsin cibinə uyğun olmaya bilər. Ancaq faydasını düşündükdə bu pulu verməyə dəyər. Nehrə yağının hazırlanma mərhələsinə gəlincə isə, bu yağı əldə etmək üçün əvvəlcə təzə süddən qatıq mayalanır. Daha sonra qatıq eyni miqdarda ilıq su ilə bərabər nehrəyə boşaldılır. Nehrə təxminən bir saat çalxalandıqdan sonra yağ ayrılır. Bir nehrəyə 10-15 kiloqram qatıq tökülür ki, bundan da təxminən 600-700 qram yağ əldə olunur. Yağın miqdarı qatıq hazırlanan südün yağlılığından asılıdır. Yağ alındıqdan sonra nehrədə qalan ayran isə yemək zamanı süfrəyə verilir.

Nehrə yağından gündəlik yeməklərin bişirilməsində istifadə olunur. Bu yağ xüsusilə səhər yeməyi zamanı əvəzolunmaz nemət sayılır. Nehrə yağı min bir dərdin dərmanı hesab edilir. Düzdür, hazırda satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.

Doktor Seyfəddin Əsəd bütün dünyanın nehrə və quyruq yağlarının faydalı olmasını qəbul etdiyini bildirdi: “Kərə yağı adı ilə satılan yağlar heç vaxt nehrə və quyruq yağı ola bilməz. Satışdakı kərə yağlarının tam saflığından danışmaq mümkün deyil. O cümlədən bitki yağları da bura daxildir. Zeytun yağı ilə günəbaxan və ya qarğıdalı yağını müqayisə etmək olmaz. Bitki yağlarının şahı təmiz zeytun yağıdır. Nehrə yağının tərkibi xolesterini qaldırmır. Yağ tam sovrulur və insan orqanizmi üçün olduqca vacibdir. Quyruq yağı nehrə yağından bir az aşağı səviyyədədir. Ancaq o da insan səhhəti üçün faydalıdır. Bunu min illərlə 100 yaşa qədər yaşayan nənə babalarımız yeyiblər və salam bir ömür sürüblər. Bu gün quyruq və nehrə yağının faydalı olduğu artıq bütün dünyada qəbul olunub. Əvvəllər bütün dünya ən faydalı yağın bitki yağı olduğunu deyirdi”.

14 Noyabr 2024 Aygün Bəylərin qəbirüstü abidəsi ucaldıldı
28 Mart 2023 İmsak və iftarda nə qədər su içmək lazımdır?
15 Fevral 2023 Narkotik maddələr daxili orqanlara dağıdıcı təsir göstərir
10 Fevral 2023 Dünya məşhurlarından Türkiyəyə dəstək davam edir
06 Yanvar 2023 Dünyanın ən xoşbəxt ölkəsinin sakinləri ...
27 Dekabr 2022 2022-ci ilin ən dağıdıcı təbii fəlakətləri - FOTO
14 Dekabr 2022 Azərbaycan əhalisinin sayı AÇIQLANDI
21 Noyabr 2022 Amerikalı tədqiqatçılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gediblər
05 Noyabr 2022 Bu populyar qidalar gözləri kor edə bilər
03 Noyabr 2022 Tətil günlərində harada və neçəyə dincəlmək olar? - QİYMƏTLƏR - VİDEO
01 Noyabr 2022 Noyabrda 10 gün iş olmayacaq
31 Avqust 2022 Zəngilan aeroportundan ilk test uçuşu - Video
16 Avqust 2022 Alimlər piy əridən 5 məhsulun adını çəkdilər
11 Avqust 2022 Röya şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu
05 Avqust 2022 Dünya əhalisinə xəbərdarlıq – Avqustun 11-dən 12-nə keçən gecə…
13 Aprel 2022 Əliqandallı fotosu yayılan Medvedçuk kimdir?
18 Fevral 2022 Manaf Ağayev həbs edildi: Yoxlamalar başlandı
10 Fevral 2022 Axşam yeməyindən imtina etsəniz nə baş verər?
27 Yanvar 2022 Rusiyanın əmlak kralları - Siyahıya Azərbaycandan olan milyarderlər başçılıq edir
17 Yanvar 2022 Arıqlamağa mane olan üç böyük səhv açıqlanıb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov